Hindistanda son bir gündə aşkar olunan koronavirusa yoluxma hallarının sayı 37,1 mindən çox artıb və ölkədə ümumi yoluxma hallarının sayı 1 155 191-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verib.

Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Son məlumatlara görə, ölkədə 402 529nəfər müalicə olunur, 724 577 nəfər sağalıb (son gündə 24 491), 28 084 nəfər isə ölüb (son gündə 587).report