Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinin son matçları oynanılıb.

İqtisadiyyat.az xəbər verir ki, son gündə 4 görüş keçirilib. 

Azərbaycan millisi A qrupunda Serbiya ilə üz-üzə gəlib. Oyun qolsuz başa çatəb. Qrupu ikinci pillədə başa vuran millimiz pley-offda Ukrayna ilə qarşılaşacaq. A qrupunu lider kimi başa vuran Serbiya isə yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız bunadək Çexiya ilə heç-heçə (0:0) edib, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlib. 

Beynəlxalq Minifutbol Turniri

4 may

A qrupu

17:30. İtaliya – Çexiya - 1:4

19:00. Azərbaycan – Serbiya - 0:0

Xal durumu: Serbiya - 8 xal (4 oyun), Azərbaycan - 8 (4), Çexiya - 8 (4), Gürcüstan - 3 (4), İtaliya - 0 (4)

B qrupu

14:30. Türkiyə - CAR - 10:2

16:00. Fransa - Qazaxıstan - 1:3

Xal durumu: Qazaxıstan - 9 (4), Fransa - 7 (4), Ukrayna - 7 (4), Türkiyə - 6 (4), Cənubi Afrika - 0 (4).