Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha 6 oyun keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, A qrupunda millimiz son oyununa çıxıb. Komandamız Gürcüstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Millimiz bundan əvvəl Çexiya ilə heç-heçə (0:0) edib, İtaliyaya qalib (2:0) gəlib.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda qarşılaşacaqlar.

Xatırladaq ki, bütün matçlar Bakı Tennis Akademiyasında keçirilir.

3 may

A qrupu

12:30. Gürcüstan – Çexiya - 3:6

15:30. Serbiya – İtaliya - 9:3

20:30. Azərbaycan – Gürcüstan - 2:0

Xal durumu: Azərbaycan - 7 xal (3 oyun), Serbiya - 7 (3), Çexiya - 5 (3), Gürcüstan - 3 (4), İtaliya - 0 (2).

B qrupu

11:00. Ukrayna – CAR - 6:1

14:00. Türkiyə - Qazaxıstan - 2:0

19:00. Ukrayna – Fransa - 2:2

Xal durumu: Fransa - 7 (3), Ukrayna - 7 (4), Qazaxıstan - 6 (3), Türkiyə - 3 (3), CAR - 0 (3