Hindistanın Maharaştra ştatının Naqpur şəhərində partlayıcı maddələr istehsal edilən zavodda partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, “Röyters” partlayış nəticəsində azı 9 işçinin həlak olduğunu, bir neçə nəfərin yaralandığını yazıb.

Məlumata görə, partlayış “Solar Industries India” şirkətinə məxsus zavodda baş verib.

Qeyd edək ki, şirkət Hindistanın müdafiə sektoru üçün sənaye və hərbi partlayıcı maddələr, həmçinin yanacaq və döyüş başlıqları istehsal edir.