HƏMAS yaraqlılarının İsrailə hücumu nəticəsində 9 britaniyalı həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Rişi Sunakın ofisinin nümayəndəsi "Reuters" agentliyinə məlumat verib.

"Son məlumatlara görə, oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra daha 7 Britaniya vətəndaşı itkin düşüb. Biz indi ən azı doqquz britaniyalının faciəvi şəkildə öldürüldüyünü təsdiqləyə bilərik. Daha yeddi britaniyalı itkin olaraq qalır. Bəziləri ölmüş və ya qaçırılmış ola bilər", - nümayəndə bildirib.