Havayda bir çox binanı məhv edən yanğınlardan zərər görməyən ev diqqət çəkib.

Bu barədə İqtisadiyyat.az "Los Angeles Times"a istinadən xəbər verir.

Məlumata görə, Havayda baş verən yanğınlar indiyədək 114 nəfərin həyatına son qoyub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb. Bu dövrdə Maui adasında yerləşən Lahaina şəhərində bir ev diqqət çəkib. Çünki sözügedən ev bu ərazidə yanmayan yeganə tikili olub.

Ev sahibi bildirib ki, mənzil tamamilə taxtadan hazırlanıb, lakin bir müddət əvvəl tikilidə bəzi dəyişikliklər edilib. Belə ki, ev sahibi dam örtüyünə metal material əlavə edib və zərərvericilərdən qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsib. Bundan əlavə, evin ətrafına daşlar düzülüb. Buna görə də ev yanğınlardan zərər görməyib.

Buna görə də yerli sakinlər bu evi “möcüzə evi” adlandırıblar.

 

Gözəl Həşimova