Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 10-cu turunda "Borussiya" ilə matçda (4:0) 3 qol vurub. 

İqtisadiyyat.az xəbər verir ki, o, het-trik nəticəsində 10 oyundan sonra qollarının sayını 15-ə çatdırıb.

Keyn 1963/1964 mövsümündə "Şalke"nin heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakın nəticəsini yaxşılaşdırıb. 

O, bu mövsüm komandası ilə çıxdığı bütün matçlarda 16 dəfə fərqlənməyi bacarıb və 7 dəfə isə qol ötürməsi verib.