Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın Ankaradakı səfiri Aleksey Yeroxov ilə görüşərək ikitərəfli və regional gündəliyin aktual məsələlərini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi məlumat yayıb. 

"Tərəflər ikitərəfli və regional gündəliyin cari məsələlərini müzakirə ediblər", - məlumatda deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada Fidanın iki ölkə liderlərinin görüşünü hazırlamaq üçün yaxın vaxtlarda Rusiyaya səfər edə biləcəyini bildirib.