Türkiyənin xarici işlər naziri Hakan Fidan Omanın xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi və Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani ilə İsrail və Fələstində baş verən hadisələrlə bağlı telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, görüşlərdə İsrail və Fələstindəki hadisələr, Qəzza zolağında baş verənlər və humanitar vəziyyət müzakirə edilib.