Türkiyə və Misirin xarici işlər nazirləri Hakan Fidan və Sameh Şükri arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

"Söhbət zamanı İsrail və Fələstində baş verən hadisələr, eləcə də İsrailin Qəzza zolağına hücumları müzakirə edilib", - Türkiyənin diplomatik korpusu qeyd edib.