"Şənbə günü baş verən davadan sonra yüzlərlə məhbus Haitinin paytaxtı Port-o-Prinsdəki Milli Həbsxanadan qaçıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Haiti polis birliyi paytaxtda avtomobilləri və silahları olan bütün məmurları həbsxanaya nəzarəti saxlamaq üçün mübarizə aparan polisə kömək etməyə çağırıb və xəbərdarlıq edib ki, hücum edənlər uğurlu olsa,  onlar üçün "son olacaq": "Paytaxtda heç kimə aman verilməyəcək, çünki şəhərlərimizdə daha 3000 cinayətkar fəaliyyət göstərəcək".

Port-au-Prinsdəki çoxsaylı təhlükəsizlik mənbələri CNN-ə bildiriblər ki, cümə axşamı başlayan və polis məntəqələrini, beynəlxalq hava limanını və Milli Həbsxananı hədəf alan zorakılıq son illərdə görünməmiş bir hadisədir.

Haitili dəstənin lideri olan "Barbekü" ləqəbi ilə tanınan Cimmi Çerizier bildirib: "Ölkənin baş naziri Ariel Henrini devirmək üçün səylərimizi davam etdirəcəyik".