Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.