Gürcüstanda son sutkada koronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 104 nəfərə çatıb. Həmin şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.report