Gürcüstanda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub, 2 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına ümumi yoluxma göstəricisi 1 155, sağalanların sayı isə 929 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 16-dır.

Hazırda Gürcüstan üzrə 6 489 nəfər karantində, 337 nəfər isə tibbi nəzarətdədir.report