Gürcüstanda son sutka ərzində daha 11nəfərə koronavirus diaqnozu qoyulub, 1 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq  Milli Mərkəzindən bildirilib. 

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 039, xəstəlikdən sağalanların sayı isə 900 nəfərə çatıb. Vəfat edənlərin sayı 15, aktiv koronavirus xəstələrinin sayı isə 124nəfərdir. 

Hazırda Gürcüstan üzrə karantində 5 687, stasionar nəzarətdə isə 232 nəfər saxlanılır.report