Ötən ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 15,3% təşkil edib. Bu da ölkə tarixində ən aşağı səviyyə hesab edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, ötən ilin oktyabr-dekabr aylarında Gürcüstanda işləyən vətəndaşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 74,3 min nəfər və ya 8,4% artıb.

İşsizlik nisbəti kişilər arasında 16,8%, qadınlarda isə 13,5% təşkil edir.