Gürcüstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, poçt markasının nümayişi 2023-cü ilin sonlarında olub.

Poçt markası artıq dövriyyəyə buraxılıb. Poçt markasını onlayn qaydada “Gürcüstan Poçtu”nun saytından, yaxud şirkətin ölkə üzrə 81 məntəqəsindən əldə etmək mümkündür.

Poçt markasının qiyməti 8,2 lari, tirajı 50 004 ədəddir.//APA//