Gürcüstanda daha 12 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1 085, sağalanların sayı isə 911-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 16 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 724, tibbi nəzarətdə isə 247 nəfər saxlanılır.report