Gürcüstanda 129 tibb işçisi koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında əks olunub.

İyulun 11-nə olan məlumata əsasən, onların 111-i tibbi heyət üzvü, 18-i isə texniki işçidir.

Tibbi heyətin 110 üzvü xəstəliyə birbaşa iş yerində tutulub ki, onların da 62-si tibb bacısı, 31-i həkim, 16-sı kiçik tibbi işçi, 1-i isə epidemioloqdur.