Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir.

Məlumata görə, bu qərarı 9 hakimdən 6-sı dəstəkləyib.

Bildirilib ki, məhkəmə Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən edib.

 

Gözəl Həşimova