Goldman Sachs cari dövrdə ABŞ-da tənəzzül riskinin daha yüksək olduğunu bildirsə də, ABŞ iqtisadiyyatı üçün artım gözləntilərini də aşağı salıb.
Goldman Sachs ABŞ-dakı tənəzzüllə bağlı narahatlıqlarını dilə gətirən qurumların siyahısına qoşulub.

Bank ABŞ-ın gələn il tənəzzülə uğrama ehtimalının 30 faiz olduğunu bəyan edib. Bank daha əvvəl bu ehtimalın 15% olduğunu bildirmişdi. Bank iqtisadçıları bəyan ediblər ki, əgər birinci ildə tənəzzülün qarşısını almaq olarsa, ikinci ildə tənəzzül ehtimalı 25% təşkil edir. Beləliklə, iki il üçün birlikdə hesablanan tənəzzül ehtimalı 48% olub. Bankın əvvəlki təxminlərində bu ehtimal 35% olaraq hesablanmışdı.

Goldman Sachs iqtisadçısı Jan Hatzius, ABŞ-da tənəzzül riskinin indi daha yüksək olduğunu və ön yüklü olduğunu bildirib.

ABŞ iqtisadiyyatı üçün ikinci rüb artımını 2,8 faiz səviyyəsində saxlayan Bank üçüncü rüb üçün artım gözləntisini  1,75%-ə endirib.