İranda təbii qazdan istifadəni azaltmaq və enerji istifadəsini minimuma endirmək məqsədi ilə ölkənin şimalında yerləşən Gilan əyalətində bütün banklar və dövlət idarələri tətil elan edib.


İqtisadiyyat.az xəbər verir ki, İranın Gilan Əyalətinin Enerji Nəzarəti Mərkəzinin tövsiyəsi ilə vilayətdəki bütün banklar və dövlət idarələri sabah tətil elan edib.

Bildirilib ki, Gilan Dövlət Enerji Nəzarəti Mərkəzinin dövlət idarələri digər günlər üçün də tətil elan edilməsi üzərində işləyir və qərarın yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Qəbul edilən qərara əsasən, bütün dövlət idarələrində və banklarda havalandırma sistemləri, elektron sistemlər və maşınlar bağlı qalacaq.

Gilan Vilayəti Təbii Qaz Şirkətinin baş direktoru İsa Cemal Nikui, əyalətdə təbii qazdan istifadənin son dərəcə yüksək səviyyədə olduğunu ifadə edərək, "Bu il evlərdə təbii qaz istifadəsində yüzdə 9 artım olub.”, - deyə o bildirib.