Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

***

11.03

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Əmrə əsasən general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.