Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 13-də Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən nazir mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.

Nazir Fərid Qayıbov həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.