Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami prospektində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Kənan Maarif oğlu idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub.

Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanaraq istintaq aparılır.