Bakıda bir neçə gün əvvəl gəlinini güllələyib öldürdükdən sonra intihara cəhd edən şəxs xəstəxanada ölüb.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd İqtisadiyyat.az-a bildirib ki, vətəndaş 1935-ci il təvəllüdlü Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib.

Qeyd olunub ki, mərkəzə daxil olarkən o, koma vəziyyətində olub: “Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, bu gün dünyasını dəyişib”.