"Distant və ya hibrid təhsil forması nazirliyin seçimi, istəyi deyil. Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir".

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və indiki vəziyyətdə bu qaçılmazdır: "Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik".