"G7" (Böyük Yeddilik) ölkələri İranın heç vaxt nüvə silahı istehsal etməməli olduğunu qeyd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "G7"nin bəyanatında deyilir.

"Böyük Yeddilik üzvləri İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi ilə bağlı qəti qərarlarını bir daha təsdiqlədilər. Onlar İranın heç bir etibarlı əsas olmadan nüvə proqramını artırmasından dərin narahatlığını ifadə etdilər. Eyni zamanda, diplomatik yanaşma beynəlxalq problemlərin həlli üçün ən yaxşı yol olaraq qalır" , - mətndə qeyd olunub.

 

Gözəl Həşimova