Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açılıb.

iqtisadiyyat.az xəbər verir ki, iftarda Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak etdilər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açıb. Artıq üç ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb. Alı Alıyev bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi, onlara xoş arzularını çatdırıb.

Tədbirdə digər çıxış edən ziyalılar, ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər.