Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələdə “Kahramanmaraş İstiqlalspor”un futbolçusu Taner Kahriman klub binasının uçması nəticəsində dağıntılar altında qalıb.

İqtisadiyyat.az xəbər verir ki, xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq Kahrimanı xilas etmək mümkün olmayıb.

"Kahramanmaraş İstiklalspor"da çıxış edən Taner Kahriman zəlzələdən sonra dünyasını dəyişib. Dünəndən dağıntılar altında qalan 25 yaşlı futbolçu xəstəxanada dünyasını dəyişib.