Dünən ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Şimali Koreya ABŞ-dəki şirkətlərlə uzaqdan işləmək üçün bir sıra İT mütəxəssisləri ilə müqavilələr bağlayıb və onları dünyanın digər bölgələrinə göndərib. Onların ABŞ ilə mümkün əməkdaşlığı üçün saxta şəxsiyyət vəsiqələrindən istifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, açıqlamadan sonra Federal Tədqiqatlar Bürosu (FTB) məsələ ilə bağlı Sent-Luisdə mətbuat konfransı keçirilib.

FTB rəsmiləri bu şəxslərin qazandıqları pulları Şimali Koreyanın silah proqramına köçürdüklərini qeyd edərək, davam edən istintaq çərçivəsində 1,5 milyon dollar və 17 domen adının ələ keçirildiyini bildiriblər.

Məsələ ilə bağlı açılan istintaq çərçivəsində məhkəmə sənədlərində iddia edilir ki, Şimali Koreya hökuməti minlərlə ixtisaslı İT işçisini ABŞ və digər ölkələrdəki biznesləri aldadaraq onları uzaqdan "frilanser" kimi işə götürmək məqsədilə ilk növbədə Çin və Rusiyaya yaşamağa göndərib.