“Qatar nəzarətçilərinin tətili ölkənin dəmir yolu şirkəti SNCF-ə təxminən 100 milyon avroya başa gələ bilər.”

Bunu Fransanın nəqliyyat naziri Klement Beaun deyib.

SNCF qatar nəzarətçiləri maaşların artırılması və sürücülərinkinə bərabər status tələbi ilə dekabrın 23-26-da tətil edəcəklər.

İqtisadiyyat naziri Bruno Le Maire SNCF-ni bu tətilin tezliklə həll yolunu tapmağa çağırıb.

Qeyd edək ki, tətil səbəbilə həftə sonu çoxsaylı qatar reysləri ləğv edilib.