Fransa ədliyyəsi Suriya ordusunun 4 yüksək rütbəli məmurunun hərbi cinayət törətdiklərini əsas gətirərək həbsinə order verib.

İqtisadiyyat.az xəbər verir ki, Fransa məhkəməsi fransalı professor Salah Əbu Naboutun 2017-ci ildə Suriyanın cənubundakı Dəra əyalətində ordunun lüləli bomba hücumları zamanı ölməsi ilə bağlı yüksək rütbəli ordu rəsmiləri haqqında beynəlxalq həbs qərarı verib.

"Silahlı münaqişələrdə iştirak etməyən mülki şəxslərə qarşı qəsdən hücumların təşkilində şəriklik etmək" və "müharibə cinayətləri törətmək" şübhələri ilə barəsində həbs qərarı çıxarılan ordu rəsmiləri arasında o vaxtkı müdafiə naziri general-mayor Fehd Casim əl-Freys də var", - məlumatda bildirilir.

Qeyd edək ki, Salah Əbu Naboutun oğlu Ömər Əbu Naboutun şikayətindən sonra Paris İnzibati Məhkəməsinin İnsanlığa Qarşı Cinayətlər Bölməsi 2018-ci ildə məsələ ilə bağlı araşdırmalara başlayıb.

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) Suriya rejiminin 2017-ci ilin ilk yarısında bombalı hücumlar təşkil etdiyini və bu hücumlarda 41-i uşaq, 20-si qadın olmaqla 94 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.