2022 FIFA Dünya Kubokunun yarımfinalında qələbə qazanan Fransanın azərkeşləri paytaxt Paris başda olmaqla bir çox şəhərdə qarşıdurmalara səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatlar Fransa mediasında yayımlanıb.

Fransa polisi matçdan sonra Parisin ən gur küçəsi olan Mərakeşli və fransız azarkeşlərin toplaşdığı Yelisey meydanına getməyi planlaşdıran 40 nəfərlik silahlı sağçı qrupu saxlayıb.

Lyon şəhərinin Bellecour meydanında matçı qeyd edən ifrat sağçı qrupla azarkeşlər arasında çıxan davaya polis müdaxilə edib. Hadisələrdə 2-si sağçı ekstremist olmaqla 6 nəfər saxlanılıb.

Qeyd edək ki, Paris və ətrafdakı hadisələrdə 115 nəfərin saxlanıldığı bildirilib.