Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Martın 1-dən biz COVID-19-la bağlı 25201 ölümə ağlayırıq", - deyə rəsmi məlumatda deyilir.

Qeyd edilir ki, 15826 insan xəstəxanalarda, 9375 nəfər qocalar evlərində ölüb.

Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə edilir, son 24 saat ərzində daha 689 pasiyent xəstəxanalara yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxmuş 3696 nəfər müalicə edilir. 

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)