Fransada son günlər qeydə alınan həddindən artıq istilər səbəbiylə 4 bölgə qırmızı həyəcan vəziyyətinə keçəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransanın ekologiya naziri Kristof Beçu açıqlayıb.

Fransız nazir sözügedən qərarın Rhone, Drome, Ardeche və Haute-Luara bölgələrini əhatə etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl ölkədə müşahidə olunan yüksək temperaturla əlaqədar 50 rayonda narıncı təhlükə elan edilib.

Fransa Meteorologiya İdarəsi bu ərazilərdə yanğın təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Fransa hökuməti həmçinin Paris, Lion və Marsel şəhərləri də daxil olmaqla, temperaturun isti olduğu bölgələrdəki qatar stansiyalarında pulsuz su xidmətinə başladığını açıqlayıb.