Fransada 6 hava limanı bomba təhdidləri və hücum təhlükəsi səbəbindən boşaldılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya Baş Müdirliyi məlumat yayıb.

"Toulouse", "Lille", "Nice", "Lyon", "Nantes" və "Beauvais" hava limanlarından heç bir təyyarənin havaya qalxmadığı və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığı bildirilib.

***

15.19

Fransanın şimalındakı "Lille" hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hava limanının "X" sosial media platformasından məlumat verilib.

Məlumata görə, təhlükəsizlik xəbərdarlığı səbəbilə "Toulouse", "Nice" və "Lyon" hava limanları da boşaldılıb.

Xatırladaq ki, oktyabrın 14-də, orta məktəb müəlliminin qətlindən bir gün sonra Parisdə "Luvr" muzeyi, "Versal" sarayı və "Gare de Lyon" qatar stansiyası bomba həyəcanı səbəbindən boşaldılıb.

 

Gözəl Həşimova