"Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlarını aşağıya doğru dəyişmək məcburiyyətində qalıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire bildirib.

Məlumata görə, bunun fonunda qurum nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır. Tədbir sosial təminat və yerli hakimiyyət orqanlarına təsir göstərməyəcək.

Le Maire söz verib ki, hakimiyyət iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün vergiləri artırmayacaq.

 

Gözəl Həşimova