Finlandiya hakimiyyəti Ukraynaya 28,8 milyon avro məbləğində on birinci hərbi yardım paketini ayıracaq.

Məlumata görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Finlandiyanın Ukrayna tərəfinə göstərdiyi yardımın ümumi məbləği 189,2 milyon avro təşkil edib.

Qeyd olunur ki, Finlandiya da Ukrayna silahlı qüvvələrinin üzvlərinin Böyük Britaniyada təlimlərində iştirakını davam etdirəcək .