“Vaqner qrupunun Rusiya hakimiyyətinə qarşı üsyanı Rusiyanın daxili işidir”.

İqtisadiyyat.az bildirir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö ölkənin STT xəbər agentliyinə açıqlamasında deyib.

“Rusiyada vəziyyət aydın deyil və çox sayda təsdiqlənməmiş məlumatlar dolaşır. Bu hadisələr həm Finlandiyada, həm də başqa yerlərdə yaxından izlənilir. Prezident Putinin çıxışı vəziyyətin ciddiliyini göstərir".

Xatırladaq ki, Vaqnerin qurucusu Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlandırır və tezliklə qisas alacağı ilə hədələyir. Rusiya tərəfi isə açıqlamasında Vaqnerin düşərgələrinə hücum edildiyinə dair iddiaları təkzib edir.