"Finlandiya Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq".

İqtisadiyyat.az xəbər verir ki bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo "Yle" telekanalına bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq lazımdır:

"Şərq sərhədində Finlandiyaya qeyri-qanuni yollarla daxil olmaq istəyən insanlar var. Bunun qarşısı alınmalıdır".

Finlandiya Nazirlər Kabinetinin qərarı ilə Finlandiya-Rusiya sərhədindəki keçid məntəqələri fevralın 11-dək bağlanıb.

 

Gözəl Həşimova