Filippin ordusu Manilanın cənubundakı Batanqas şəhəri yaxınlığında atışmada 6 kommunist üsyançını öldürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, hökumət qüvvələri ilə solçu radikal "Yeni Xalq Ordusu" (NPA) qruplaşmasının silahlıları arasında toqquşma zamanı bir Filippin əsgəri də həyatını itirib.

Respublika hökuməti və NPA Norveçin vasitəçiliyi ilə noyabr ayında qanlı münaqişəyə son qoymaq üçün altı illik fasilədən sonra sülh danışıqlarını bərpa etmək barədə razılığa gəliblər. NPA Filippin Kommunist Partiyasının (CPP) döyüşçü qanadıdır. Qarşıdurma 50 ildən artıqdır ki, davam edir və nəticədə 40 mindən çox insan həlak olub.