"Barselona" klubunun ispan futbolçusu Qavi AVRO-2024-ün qrup mərhələsi çərçivəsində İspaniya - Gürcüstan oyununda dizindən zədələndi.

İqtisadiyyat.az xəbər verir ki, futbolçunun uzun müddətlik sıradan çıxdığı açıqlanıb. Qavi milli komandanın oyununda zədələndiyinə görə FİFA "Barselona"ya ödəniş edəcək.

"Mundo Deportivo"nun xəbərinə görə, FİFA Qavinin zədəsinin davam etdiyi hər gün üçün "Barselona"ya 20548 avro təzminat ödəməli olacaq.