Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"Bu gün xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb, söhbət zamanı Fələstində baş verən son hadisələr və mülki şəxslərin azad edilməsi imkanları müzakirə edilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, İsrail ordusunun sözçüsü Daniel Həqari oktyabrın 16-da bildirib ki, hazırda 199 nəfər girov götürülüb.