"ABŞ Federal Ehtiyat Sistemi (FES) bu il uçot dərəcəsini 1-2% artıra bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bu barədə FES-in sədri Cerom Paul ABŞ Konqresində çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının 2% inflyasiya hədəfinə qayıtmağı vacibdir: "İqtisadiyyat gözlənildiyi kimi performans göstərdiyi təqdirdə bu il faiz artımı məqsədəuyğun hesab edilə bilər".

Əlavə edək ki, mayın 3-də FES faiz dərəcələrini 0,25 faiz bəndi artıraraq 5%-5,25% aralığına yüksəldib.