Fələstin haqqında paylaşım etdiyi üçün müqaviləsi ləğv edilən Ənvər Əl Qazi keçmiş klubu "Mainz 05"i məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, Mərakeş əsilli hollandiyalı futbolçu Ənvər Əl Qazi sosial mediada Fələstinə dəstək paylaşımı etdiyi üçün  "Mainz 05"dən göndərilmişdi. Əl Qazi alman komandasını müqaviləsinə qanunsuz xitam verildiyi üçün məhkəməyə verərək hüquqlarını qanuni yollarla axtaracaq.

Hazırda klubsuz olan 28 yaşlı sağ cinah müdafiəçisinin qış fasiləsində başqa komandaya transfer olunacağı gözlənilir. Alman komandasından ildə 2,5 milyon avro qazanan Əl Qazi məhkəməni qazanacağı təqdirdə təzminat almaq hüququ qazanacaq.

Ənvər Əl Qazi baş verənlərlə bağlı bunları deyib: "Mən söylədiklərimə və tutduğum mövqeyə görə peşman deyiləm. Dediklərimin arxasındayam. Bu gün və həmişə, son nəfəsimə qədər insanlığın və məzlumların yanındayam".