"Husi hərəkatı tərəfindən Bab əl-Məndəb boğazı və Qırmızı dənizin blokadaya alınması nəticəsində yaranan böhran qlobal ərzaq ticarətinə mənfi təsir göstərir və ərzaq qiymətlərinin artmasına səbəb olur".

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Oleq Kobyakov deyib.

Onun sözlərinə görə, bu marşrutla hərəkət edən gəmilərin yükdaşıma qiyməti təxminən 4 dəfə artıb, yük daşımaları isə 30% ucuzlaşıb:

"Yük sahibləri Asiya və Avropa arasındakı "Ümid" burnu ətrafından gəmiləri yollayırlar. Bu marşrut isə 8 min km-dir və 10-14 gün daha uzun məsafədir".

 

Gözəl Həşimova