"Fermerlərin etirazları Avropada əmtəə qıtlığına səbəb ola bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Oleq Kobyakov deyib.

Onun sözlərinə görə, avropalı fermerlər haqlı olaraq yanacaq və digər daxilolmalar üçün subsidiyaların azaldılması və ya ləğv edilməsindən şikayət edirlər:

"Əlbəttə, bu etirazlar istehsal və satış dövrlərində qısamüddətli fasilələrə və hətta yerli əmtəə çatışmazlığına səbəb ola bilər, lakin onların digər bölgələrə təsirini qiymətləndirmək mümkün deyil".

 

Gözəl Həşimova