İngiltərə Premyer Liqasında mübarizə aparan komandalardan “Everton”un aktivindən 10 xal silinib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Premyer Liqanın saytı məlumat yayıb. Belə qərar verilməsinə səbəb Liverpul təmsilçisinin 2021/22 mövsümündə maliyyə qaydalarını pozması olub. Nəticədə 14 xalla 14-cü yerdə qərarlaşan “Everton”un 10 xalı silinib və komanda turnir cədvəlində 19-cu pilləyə enib.

Araşdırmadan sonra məlum olub ki, “Everton 2021/22 mövsümündə 125,4 milyon sterlinq zərərə uğrayıb. Premyer Liqanın qaydalarına görə, bu məbləğ 105 milyon sterlinqdən çox olmamalıdır.

Üstəlik, Premyer Liqa komandaları üçün 3 il müddətində maksimum zərər məbləği 105 milyon sterlinqdir. Lakin “Everton” 2018-2021-ci illərdə ümumilikdə 370 milyon sterlinq pul itirib