18 yaşdan aşağı 320-dən çox iranlı gənc etirazlara dəstək verdiyi üçün həbs edilib.

Etirazlar zamanı həyatını itirənlərdən 44-nün 18 yaşdan kiçik olduğu bildirilib.

Qeyd edək ki, 3 aya yaxındır ki, davam edən nümayişlərdə 25 nəfərə ölüm hökmü çıxarılıb.

Həmin şəxslərdən 23 yaşlı Muhsin Şikari dekabrın 8-də, Mecid Rıza Rəhneverd isə dekabrın 12-də edam edilib.

Xatırladaq ki, baş verənlərlə bağlı İran BMT-nin Qadınlar Təşkilatından xaric edilib.